30 yaşında artıq yüksək təzyiqdən əziyyət çəkən insanlarda qocalıqda əqli gerilik və yaddaş pozuntusu riski yüksək olur.
Medicina.az xəbər verir ki, London kollecinin alimləri bildirib ki, 30 yaşında təzyiqə tutulmaq gələcək üçün qorxuludur.
Onlar apardıqları yeni tədqiqatda 500 insanın sağlamlıq göstəricilərini əsas götürüblər. 1946-ci ildən bu yana bu insanların arterial təzyiq problemləri qeydə alınıb. 69-71 yaşında onların baş beyni yoxlanılıb. Məlum olub ki, 35-37 yaşından təzyiqi yüksələn insanlarda 71 yaşda artıq beynin həcminin kiçilməsi baş verib.
Eləcə də beyində ağ boşluqlar formalaşıb. Bu əlamətlər göstərir ki, yaddaş, düşüncə, diqqət və digər əqli fəaliyyət zəifləyir, demensiya başlayır.
Alimlər elan edib ki, demensiya 30 yaşlardan başlayan yüksək təzyiqin nəticəsi də ola bilər. Tibbin təzyiqi nəzarətdə saxlamaq üstünlüyü vəziyyəti bir qədər ümidverici edir. Lakin təzyiq xəstələri 55 yaşından beyin proseslərini nəzarətdə saxıamalı, demensiyanın qarşısını almaq üçün tədbirlər görməlidir.