30 yaşdan sonra hər bir qadının dərisi xüsusi qulluğa ehtiyac duyur. Onu hər gün nəmləndirmək, qidalandırmaq və elastikliyini qorumaq lazımdır.
Medicina.az xəbər verir ki, evdə hər dəri üçün uyğun olan maska hazırlaya bilərsiniz:
Yumurta ağı - dəri üçün çox faydalıdır və o dərini dartmaq funksiyasına malikdir.
Təzə xiyar - Bu tərəvəz dərinin regenerasiyasına kömək edir. Xiyar antioksidantlarla, qırışlara səbəb olan sərbəst radikalları məhv edən K və C vitaminləri ilə də zəngindir.
Hazırlanması:
Xiyarı təmizləyib iki hissəyə bölün. Birini blenderdən keçirib püre halına gətirin. Suyunu süzüb yumurta ağı ilə yaxşıca qarışdırın.
Maskanı üzün liftinqə ehtiyacı olan hissələrə çəkin. 15 dəqiqə saxlayın və sonra yuyun. Bu maskanı həftədə 2 dəfə edin.