İşdə mükəmməlliyə can atmaq və və karyera yüksəlişi ambisiyası 30-32 yaşdan sonra insanlarda psixi yüklənmə və depressiyaya səbəb ola bilir.
“Medicina” xəbər verir ki, koreyalı psixoloq Xe Nam Kima 30 yaşlılar üçün vacib olan məqamları bölüşüb.
“İndi nəyi bilməliyik ki, həyatımızın əsas illərini hədər verməyək. 30 yaş çox insan üçün döyüş yaşıdır. Çoxları dəyərlərə bir də baxır, yeni məqsəd qoyur və ailə, uşaq barədə düşünür.
Elə bir insan yoxdur ki, işi onda tam 100% razılıq yaratsın. İstənilən iş insanı müəyyən mərhələdə yorur.
Xüsusən oturaq işdə, dövlət qulluğunda və ofis işçilərində ciddi sosial problemlər olur.
Ofisdə ciddi rəqabət, narahatlıq, gərginlik və hər an işdən ixtisara düşmək qorxusu depressiyaya səbəb olur. Məhz peşəkar depressiya çətin müalicə olunur. Belə depressiyanı iqnor etmək sağlamlığı məhv edir.
Müasir 30 yaşlılar ciddi iqtisadi çətin dönəmdə həyat və karyeralarını qurublar, onların işi, gəliri qeyri-stabildir.
Əvvəlki nəsillərdən fərqli olaraq, 30 yaşlıların psixi və maddi vəziyyəti stabil deyil. Hətta çoxu yüksəlib iş tapsa da, burda möhkəmlənmək üçün çox qurbanlar verirlər.
Hazırda nə qədər işləsən də əlavə təhsil, kurslar, tədris bitmir, çünki ciddi rəqabət var.
Buna görə 30 yaşlılar həyatda məna görmür, sevinc hissi olmur, belə adamları qalereya adamlıarı adlandırırlar.
90% ofis işçiləri axına qarşı getmir, yeni nələrsə düşünmür, sadəcə verilən tapşırığı yerinə yetirir, beləcə hər gün o birindən fərqlənmir, nəticədə xroniki depressiya qaçılmazdır.
Aygün Musayeva