Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

30 yaşa qədər hansı psixi xəstəliklər yarana bilər?

  • 2024.01.17 16:23
  • 1166 Baxış
30 yaşa qədər hansı psixi xəstəliklər yarana bilər?

Bir çox psixi xəstəliklər var ki, gənc yaşda daha çox aktivləşir.


“Medicina” xəbər verir ki, psixiatr Artyom Qilev şizofreniyanın erkən manifestasiyasından danışıb.


“Ağır psixi xəstəliklərdən olan şizofreniya və bipolyar pozulma erkən gənclik dövrünə təsadüf edir.
Adətən valideyn və həkimlər yeniyetmədə olan şizofrenik davranışı keçid dövrü ilə əlaqələndirir və vaxtında diaqnoz qoyulmur.


Bu xəstəliklərin pik həddi 15-17 və 20-30 yaş arası olur. 40 yaşından sonra şizofreniyanın yaranmasına praktiki olaraq rast gəlinməyib.

O ki qaldı, depressiya və təşviş pozuntusuna, onlar hər yaşda yarana bilər. İnsanın yaşlandıqca sinir sistemi və psixikasının daha möhkəm olacağı doğru deyil.

İnsan həyatı boyu nə qədər çox stress, travma, gərginlik keçirir, onun şəxsən psixi pozulma qazanma riski o qədər artır.

Bu gərginliyə dözmək, keçəcəyini gözləmək olmaz, hər yeni təzyiq psixikanı pozur.

Depressiya vəö təşviş pozuntusuna genetika da təsir edir. Ailə, nəsil faktorları rol oynayır. Burda da sosial səbəblər çoxdur.

Genlərdə sınmalar depressiv və təşviş pozuntusunun inkişafına səbəb olur.

Amma bunu insanda aktivləşdirən məqam da indiki xarici amillər,
krizislərdir. Epidemiya, pandemiya, müharibələr bu genləri zədələyir.

Şizofreniyanı necə tanımalı?

İnsanın şəxsiyyət və davranışının qəfil dəyişməsi: məsələn o, ünsiyyətcil idi, amma qapalı, tək qalmağa meyillənir, hər kəsdən qaçır. Eləcə də şizofreniyada insan elə düşünür ki, kimlərsə, hansısa qüvvələr onu izləyir, ona zərər vurmaq istəyir, həyatı təhlükədədir.

Xəstədə adekvat olmayan davranış, hiperaktivlik, emosional oyanıqlıq, vəziyyətə uyğun olmayan münasibət, sözlər ola bilər”.

Aygün Musayeva