Hər il martın 30-da ABŞ-da Milli Həkimlər günü qeyd olunur.
“Medicina” xəbər verir ki, bu günün tarixi 1933-cü ilə gedib çıxır.
Amma ilk dəfə 1991-ci ildə rəsmi elan edilib, məhz bu tarixdən ABŞ Senatı tərəfindən qəbul olunub.
Həkimlər gününü 1933-cü ildə Vinder ştatında həkim Çarlz Elmondun arvadı Eodora Elmond ideya olaraq irəli sürüb. O, ərinin timsalında əziyyət çəkən bütün həkimlərin əməyinə hörmət və sevgini göstərmək qərarına gəlib.
İlk bayramda həkimlərə təbrik açıqcaları göndərilib, vəfat edən həkimlərin məzarı üzərinə qırmızı qərənfil aparılıb.
Ona görə də Amerikada doktorlar gününün simvolu qərənfildir.
Aygün Musayeva