Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“30 ildən çoxdur diabet xəstəsiyəm” - Yazıçı Anar

  • 2018.11.24 12:22
  • 8195 Baxış
“30 ildən çoxdur diabet xəstəsiyəm” -  Yazıçı Anar
"Lazımi müalicəni edirəm, amma xüsusi pəhriz saxlamıram. Yəni öz qeydimə qaldığımı deyə bilmərəm”.


Medicina.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar "Tibb qəzeti”nə geniş müsahibə verərkən bildirib.


O qeyd edib ki, ötən il ürəyindən əməliyyat olunub: "Həkimlər çox gəzməyi məsləhət görsələr də, buna imkanım, vaxtım olmur. İndi özümü normal hiss edirəm. 30 ildir diabet xəstəsiyəm. 80 yaşım var və bu, az ömür deyil. Ancaq bir istəyim odur ki, Allah mənə 5 il, çox səxavətlidirsə, 10 il ömür versin ki, planlarımı həyata keçirim”.


“30 ildən çoxdur diabet xəstəsiyəm” -  Yazıçı Anar