1989-cu ildən bu vaxta kimi Sardiniyanın Budelli adasında 30 ildir tənha yaşayan italiyalı Mauro Morandi koronavirus səbəbindən karantində və özünütəcrid şəraitində cəmiyyətdən uzaq yaşamağı necə asanlaşdırmaq barədə öz məsləhətlərini verib.
Medicina.az xəbər verir ki, CNN kanalına müsahibə verən Mauro əvvəllər idman müəllimi olub. Onu işlədiyi kompaniya adaya gözətçi və nəzarətçi təyin edib, lakin 10 ildir ki, maaş verilməsə də, italyan adada qalmağı seçib.
81 yaşlı kişi İnstagram və Tvitterdə italyan Robinzon Kruzo kimi məşhurdur.
Cəmiyyətdən tam təcridinə baxmayaraq, Morandi telefon vasitəsilə xəbərləri izləyir, instagramm səhifəsinə fotolar və həyatı barədə paylaşır.
Hazırda İtaliyada koronavirus yayıldığı üçün kişi ailəsi və qohumlarına görə narahatdır, özünün isə sağlamlığının təhlükədə olmadığını bildirir.
Morandi karantində, özünütəcriddə necə davranmaq, həyata bağlanmaq və necə pessimistləyə qapılmadan tənhalıqla baş etmək barədə öz təcrübəsindən məsləhətlər verib:
“İndi bütün insanlar üçün çətin günlər başlayıb. Artıq adaya turistlər gəlmir, bir gəmi belə yaxınlaşmır, 10 gündür yemək çatdırılması da dayanıb. Lakin mən özümü bədbəxt tənha hiss etmirəm. Elə ki, darıxıram, adada gözəl şəkillər çəkib instagrama qoyuram.
Karantin və özünü təcrid edib təkliyə çəkilmək əslində çoz gözəldir, özünü tanımaq üçün əla fürsətdir. Mən illərdir hər qış komadan kənara çıxmıram. Bütün qışı evdə qalıram. Bəzən evin damına çıxıram. Amma insanlar İtaliyada 2 həftə evdə qala bilmir? Bu ki gülməlidir”.
İtalyan məsləhət görüb ki, insanlar karantində bacardıqca çox kitab oxuyub, öz daxili aləmlərinə, iş dünyalarına baxsınlar. Özlərini analiz etsinlər. Özləri ilə təkliyə çəkilib, həyatına, yaşadığı hadisələrə baxsın. Həyatına və özünə müxtəlif tərəflərdən, çox bucaqlı baxsın. Əgər belə etsə, bu vaxta qədər ömrünü hədər yerə keçirdiyini çoxu anlayacaq. Və birdən dərk edəcək ki, çox mənasız və zərərli hərəkətlər, addımlar atıb və heç də düşündüyü qədər yaxşı biri deyilmiş. Elə bu nöqtədən başlayaraq, karantindən sonra həyatını və özünü yaxşılığa doğru dəyişəcək.
Belə bir aydınlanma çox az adama nəsib olur. Əksər insanlar hər şey bitən kimi yenə öz komfortlu, səhv həyatına dönür”.