Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

30 həkim birləşdi - Bitişik əkizlər AYRILDI

  • 2017.10.28 10:36
  • 12403 Baxış
30 həkim birləşdi - Bitişik əkizlər  AYRILDI
2 yaşlı əkizlər Jaga və Kalianın üzərində 16 saata yaxın ağır cərrahi əməliyyat aparılıb.

 

Medicina.az xəbər verir ki, hadisə Hindistanın paytaxtı Dehlidə baş verib. Cərrahlar başlarının təpə hissəsindən bir-birinə bitişik şəkildə dünyaya gələn əkizləri əməliyyatla ayırıblar.

 

30 həkimin iştirak etdiyi əməliyyatda əkizlərin ümumi beyin damarları və beyin toxumalarının olduqca sıx olduğu müəyyən olunub. Ayrılan əkizlərin başında böyük dəliklər olduğu üçün bu boşluqları örtəcək dəri tapmaq çətin olub.


Dünyada 3 milyon doğumdan bir rast gəlinən vəziyyətlə qarşı-qarşıya qalan cərrahlar bu tip doğuşlarda dünyaya gələn əkizlərin ən çox 24 saat yaşadığını qeyd ediblər. Bu balacalar isə 2 yaşında olduqları üçün həkimlər mümkün qədər ehtiyatla davranıblar.


Əməliyyatı uğurla sonlandırılıb.


 

30 həkim birləşdi - Bitişik əkizlər  AYRILDI