Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

30 dəqiqə gəzmək ömrü bu qədər artırır

  • 2023.05.11 17:47
  • 1490 Baxış
30 dəqiqə gəzmək ömrü bu qədər artırır
Hər gün 30 dəqiqə gəzmək insan ömrünü 16 il uzadır.


“Medicina” məlumatına görə, Böyük Britaniyanın Leicester Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, gündə yarım saat müntəzəm olaraq, sürətli gəzintilər insanın ömrünü artırır.

Müəlliflər UK Biobank tərəfindən toplanmış 400 mindən çox iştirakçı haqqında tibbi məlumatları təhlil etdikdən sonra bu qənaətə gəliblər.

Məlum olub ki, nizamlı gəzməyə üstünlük verənlər gəzməyənlərdən 16 il daha çox yaşayıblar.

Tədqiqatçılar deyirlər ki, gündə yarım saat yerimək telomerlərin uzunluğunu artıra bilər.

Telomerlər xromosomların uclarında yerləşir və bədənin qocalma sürəti onların nə qədər uzun olmasından asılıdır.

Beləliklə, onlar nə qədər uzun olsalar, bioloji yaş bir o qədər aşağı olur. Bundan əlavə, müntəzəm gəzinti fiziki, zehni və sosial faydalar da verə bilər.

Aynurə Məmmədova