Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

30 dəfə özünü arıya sancdırır - Hər həftə internetdən arı sifariş edirlər/FOTO

  • 2017.11.10 17:13
  • 13446 Baxış
30 dəfə özünü arıya sancdırır -  Hər həftə internetdən arı sifariş edirlər/FOTO
Arı sancmasının nə qədər ağrılı olduğunu yaşayanlar bilir. Ancaq bir qadın yoluxduğu ağır xəstəlikdən xilas olmaq üçün həftədə 30 dəfə özünü arılara sancdırır.

Medicina.az xəbər verir ki, Orkneydə böyüyən, hazırda İnvernessdə yaşayan Lyme xəstəsi İngrid Vatın əri, arıları alət vasitəsilə yoldaşının belinə qoyur və sancmasını gözləyir. Hər bazar ertəsi, çərşənbə və cümə günləri 10 arının qadını sancdığına əmin olduqdan sonra, onu Vatın belindən götürürlər. İnternetdən sifariş etdikləri arıların iynələri dəridə 20 dəqiqə gözlədilir. 

36 yaşındakı qadın, arı zəhərinin dərmanların effekt vermədiyi xəstəliyini sağaltdığına inanır. 

Qeyd edək ki, Lyme gənələrin insanı dişləyərək yoluxdurduğu infeksiya xəstəliyidir. Boyun tutulması, baş ağrıları, əsəb sisteminin pozulmaları və s. bu xəstəliyin simptomlarıdır.

Nəzərinizə çatdıraq ki, arı zəhəri neçə illərdir, dərman olaraq istifadə edilir. Bəzi məşhurlar arı zəhərinin təbii botoks olduğunu düşünürlər.