Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın 30-dan çox ölkəsində koronavirusun lambda ştammını aşkar edib.
Medicina.az xəbər verir ki, bunu ÜST rəsmisi Mariya Van Kerkhove deyib.
Onun sözlərinə görə, lambda ştammı iyunun ortalarından siyahıya alınıb:
“Bu, gənc variantdır. Əsasən də Şimali və Cənubi Amerika ölkələrində yayılıb”.