Dünən Mərkəzi Gömrük Hospitalında 3 yaşlı uşaqda qaraciyər transplantasiyası icra olunub.
Medicina.az xəbər verir ki, uşaqda çox nadir rast gəlinən Glikogen Depo xəstəliyi diaqnoz olunmuşdu. Onun qaraciyəri böyüyərək 2 kiloqrama çatmışdı.
Ananın donorluğu ilə Orqan Transplantasiyası şöbəsində dr. Mircəlal Kazımi və komandası tərəfindən uğurla qaraciyər köçürülməsi əməliyyatı başa çatıb.