Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3 yaşlı uşaq yarım ildir yemək yemir – Qəribə sindrom

  • 2024.03.04 16:38
  • 2535 Baxış
3 yaşlı uşaq yarım ildir yemək yemir  – Qəribə sindrom

Böyük Britaniyada 3 yaşlı uşaq qida davranışı pozuntusu səbəbindən yeməkdən imtina edib.


“Medicina” xəbər verir ki, autizm spektr pozuntusu olan oğlan uşağı 2 yaşından yemək yeməməyə başlayıb.


Pensbi qəsəbəsində yaşayan Oliverdə bütün yeməklərə qarşı qorxu yaranıb və o heç bir qidaya əlini də vurmur.


Çarəsiz qalan valideynlər həkimə gedib və uşaqda qida qəbulunu məhdudlaşdıran pozulma diaqnozu qoyulub.

Bu pozulma zamanı insan şüurlu olaraq müəyyən rəng, dad, qoxu, ölçüdə olanb yeməklərdən imtina edir və qida seçimini azaldır.

Heç bir yeməyi yaxın qoymayan uşağa məcburi zond qoyulub və o, yarım ildir burdan qidalandırılır.

Çoxladı deyirdi ki, ac qalsa özü yeyəcək, amma uşaq ölsə də dilinə yemək vurmur.

Ananın sözlərinə görə, bu qorxu autizm səbəbindən sensor pozulması ilə əlaqədardır.

Bu nadir diaqnoz bir çox autizm spektrində ola bilər. Valideynlər belə halda çarəsiz qalıb insanlardan və digər ölkədəki həkimlərdən kömək istəyir.

Aygün Musayeva