Tovuz Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.
Medicina.az-ın məlumatına görə, 2014-cü il təvəllüdlü Xanım Vüsal qızı Məhərrəmova ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Uşağın dərmandan zəhərlənərək öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.(report.az)