Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3 yaşlı uşaq bəkməz qazanına düşdü - Vəziyyəti ağırdır

  • 2025.04.10 12:46
  • 541 Baxış
3 yaşlı uşaq bəkməz qazanına düşdü -  Vəziyyəti ağırdır

Türkiyədə 3 yaşlı uşaq bəkməz qazanına düşüb.

Medicina.az türk mediasına istinadla bildirir ki, ötən gecə Siirtdə dəhşətli hadisə baş verib.

3 yaşlı uşaq evdə sobada qaynayan bəkməz qazanına düşüb.

Dərhal təcili tibbi yardıma xəbər verilib.

Hadisə yerinə gələn təcili yardım əməkdaşları bədənində ciddi yanıqlar olan kiçik uşağa ilkin tibbi yardım göstərib, daha sonra onu Siirt Təhsil və Araşdırma Xəstəxanasına çatdırıblar.

Bədəninin böyük hissəsi yanıq xəsarətləri alan uşağın vəziyyəti ağırdır. Müalicəsi xəstəxanada davam edir.

Aygün
Medicina.az