Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3 yaşlı qız müəmmalı şəkildə öldü - VİDEO

  • 2017.12.05 10:28
  • 19071 Baxış
3 yaşlı qız müəmmalı şəkildə öldü -  VİDEO
Dekabrın 3-ü səhər saatlarında Şəki rayonu Bideyiz kənd sakini, 2013-cü il təvəllüdlü Natəvan Cövdət qızı Cabbarovanın vəziyyəti yaşadığı ünvanda qəfildən pisləşib.


Medicina.az ARB TV-yə istinadən xəbər verir ki, ağır vəziyyətdə olan 4 yaşlı Natəvan Cabbarova Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Şəki MRX-nın məlumatına görə Natəvan Cabbarova xəstəxanaya daxil olan zaman onda həyat əlaməti olmayıb. Valideynləri uşağın iki gün öncə lobya udduğunu və bu səbəbdən öldüyünü ehtimal edirlər.


"Uşaq üzü aşağı yatmağa başladı. Dedik çay verək, içmədi. "Soska”nı qoyduq, uşağın nəfəsi çıxmadı”, -  uşağın anası Vüsalə Lətifova deyib.


Uzun müddət Natəvanın müalicəsi ilə məşğul olan kənd həkimləri isə başqa səbəblər irəli sürür.


Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.