Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3 yaşlı nəvəsinin ölümünə görə həkimləri günahladırır - "Həbs edilsinlər"

  • 2019.05.09 10:09
  • 25554 Baxış
3 yaşlı nəvəsinin ölümünə görə həkimləri günahladırır -  "Həbs edilsinlər"
Üç yaşlı nəvəsinin ölümündə həkimləri günahlandıran Elman Əliyev onların həbs edilməsini tələb edir.
Medicina.az Oxu.Az-a istinadən xəbər verir ki, E.Əliyev nəvəsinin ölümündə əli olan həkimlərin hələ də iş başında olmaları ilə barışmır.

 


 

"Uşağın atası Samir Novruzov iki il öncə avtomobil qəzasında dünyasını dəyişib. Ailəmin yadigarı idi, nəvəmin ölümünü onlara bağışlamayacağam”.

O, nəvəsi Səkinəni həkim səhlənkarlığı üzündən itirdiyini deyir: "3 yaşlı nəvəm Novruzova Səkinə Samir qızı yanlış diaqnoz və müalicə taktikası nəticəsində vəfat edib. Səkinənin atası, kürəkənim avtomobil qəzasında həlak olduqdan sonra mənim himayəmdə olub. 2015-ci ildə nəvəmin səhhətində yaranmış problemlə bağlı Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına müraciət etdik. Burada həkim Samirə Orucova nəvəmə "neyrotoksikoz, kəskin pankreatiti” diaqnozu qoyub, müalicə yazılıb.

 

 

 

Xəstənin hərarəti dəyişmədiyindən və vəziyyəti ağırlaşdığından yenidən S.Orucovaya müraciət edib. O da Mərkəzi Kilnikaya müraciət etməyi məsləhət görüb. Biz xəstəni 2015-ci ilin iyun ayında bu tibb müəssisəsində ilkin müayinədən sonra həkim Sevinc Abdullayevaya göstərdik. O, xəstəni stasionara qəbul etdikdən sonra müxtəlif müayinələr aparıb, çoxlu sayda qan analizləri alıb, FMF (İrsi Aralıq dənizi qızdırması) diaqnozu qoydu. Sonradan öyrəndik ki, bu xəstəliyin diaqnozu Azərbaycanda qoyulmur və bunun üçün xeyli vaxt tələb olunur. Bunu bilmədiyimiz üçün həkimə inandıq və onun yazdığı müalicəni etdik. Lakin müalicə heç bir effekt vermədi. Uşağın vəziyyəti daha da ağırlaşıb. Tanışlarımızın vasitəsi ilə Bakıda yerləşən özəl klinikaların birində həkim Telman Şimşəyə müraciət etdik. Həkim bizə bildirdi ki, hər iki tibb müəssisəsində düzgün diaqnoz qoyulmayıb və düzgün olmayan müalicə metodları seçiblər”. 3 ay xəstəxana yollarında qalan E.Əliyev çarəni ölkə xaricində görüb. 2015-ci ilin iyulunda nəvəsini Tehrana, daha sonra Moskvaya aparıb. Rusiya paytaxtının Morozovski Uşaq Kliniki Xəstəxanasında körpəyə dəqiq diaqnoz qoyulub. Məlum olub ki, bizim həkimlərin qoyduğu bütün diaqnozlar səhv olub, uşaq onkoloji xəstə imiş: "Moskvada həkimlər bir dəfə USM etməklə dəqiq diaqnoz qoyublar. Halbuki Bakıda 5 dəfə USM olunmuşdu. İcazəmizlə uşağı yardılar və məlum oldu ki, xəstəlik 4-cü mərhələdədir. Artıq gec idi. Həkimlər dedi ki, şiş çox qısa müddətdə - 2 ay ərzində böyüyüb. İlkin müayinə zamanı xəstəlik aşkar olunsaydı, körpənin sağalma şansı var idi. 18 gün sonra, 2015-ci ilin avqustunda uşaq vəfat etdi”. Həkimlərin bağışlanmaz səhvi nəticəsində yeganə nəvəsini itirən E.Əliyev 2 saylı Kliniki Uşaq Xəstəxanası, Mərkəzi Klinika, Sevinc Abdullayevaya və Samirə Orucovaya qarşı "Şəxsin sağlamlığına və əmlakına vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Məhkəməsinə müraciət etdiyini deyir: "Ötən ilin oktyabrında məhkəməyə müraciət etmişəm. Hakim Emin Mehdiyevin sədrliyi ilə dörd məhkəmə prosesi keçirilib. Sonuncu prosesdə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə 8 sual ünvanlanıb. Növbəti məhkəmə prosesi ekspertizanın cavabından sonra məlum olacaq”. O deyir ki, Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasında pasient müalicə aldığı müddətdə onlar 3383 manat, Mərkəzi Klinikada isə 2351 manat xərcləyiblər. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən, cavabdeh 2 nömrəli Klinik Uşaq Xəstəxanasından maddi zərərin əvəzi kimi 1000 manat, mənəvi zərərin əvəzi kimi 2000 manat, cavabdeh Mərkəzi Klinikadan maddi zərərin əvəzi kimi 1000 manat, mənəvi zərərin əvəzi kimi 2000 manat alınaraq iddiaçılar Elman Əliyev və Solmaz Novruzovaya verilməsi haqda qərar çıxarılıb. Səhiyyə Nazirliyinin, Mərkəzi Klinika MMC və bu tibb müəssisəsinin həkimi Sevinc Abdullayeva iddiaçılar Əliyev Elman Tahir oğlu və Novruzova Solmaz Elman qızına qarşı apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə apellyasiya şikayəti rədd edilib. İddiaçıların isə cavabdehlər Mərkəzi Klinika MMC və bu tibb müəssisəsinin həkimi Sevinc Abdullayevaya qarşı apellyasiya şikayəti qismən təmin edilib.

 


 

 


 

 


 


 


 


 


 


 


 
3 yaşlı nəvəsinin ölümünə görə həkimləri günahladırır -  "Həbs edilsinlər"
3 yaşlı nəvəsinin ölümünə görə həkimləri günahladırır -  "Həbs edilsinlər"
3 yaşlı nəvəsinin ölümünə görə həkimləri günahladırır -  "Həbs edilsinlər"
3 yaşlı nəvəsinin ölümünə görə həkimləri günahladırır -  "Həbs edilsinlər"
3 yaşlı nəvəsinin ölümünə görə həkimləri günahladırır -  "Həbs edilsinlər"
3 yaşlı nəvəsinin ölümünə görə həkimləri günahladırır -  "Həbs edilsinlər"
3 yaşlı nəvəsinin ölümünə görə həkimləri günahladırır -  "Həbs edilsinlər"
3 yaşlı nəvəsinin ölümünə görə həkimləri günahladırır -  "Həbs edilsinlər"
3 yaşlı nəvəsinin ölümünə görə həkimləri günahladırır -  "Həbs edilsinlər"