Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3 yaşa qədər uşaqları açıq çimərliyə aparmaq olmaz - Səbəb

  • 2022.08.18 14:38
  • 1866 Baxış
3 yaşa qədər uşaqları açıq çimərliyə aparmaq olmaz  - Səbəb


3 yaşa qədər körpələri açıq günəş altında gəzdirmək, xüsusən gündüz çimərliyə, sahilə aparıb, gündə qaraltmaq olmaz.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya səhiyyə rəsmisi Elmira Kaşirina bildirib.

Həkim bunu onunla əsaslandırıb ki, körpə uşaqlarda melanin sintezi tam formalaşıb bitmir. Ona görə onlara çimərlik, xüsusən kurort zonalar pis təsir edə bilər.

Amma 3 yaşdan sonra uşaqları kurort çimərliklərinə aparmaq olar. Uşaqlara yalnız SPF50 tərkibli günəş kremləri çəkilməlidir.

Təhlükəsiz günəşlənmə müddəti 10 dəqiqədir. Elə hesab etməyin ki, kölgədə olanda uşaq UVÇ şüalarından qorunur. Kölgədə də o şüaların təsiri var.

Uşaqların günəşdə olma saatı səhər 10-11 arası, axşam 4-dən sonradır.