Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3 sadə üsulla infarkt və insultdan QORUNUN!

  • 2020.12.28 09:08
  • 1480 Baxış
3 sadə üsulla infarkt və insultdan  QORUNUN!

“Sağlam qida, çox hadisələrə əsəbləşməmək və idmanla məşğul olmaq infarkt, insult və digər xəstəliklərin qarşısını almağa kömək edir”.

Bunu almaniyalı alim və həkim Ditrix Qrenemeyer “FOCUS” nəşrinə verdiyi müsahibədə bildirib.

“Kiçik qan lövhələri iltihablı toxumaya yapışdıqda və yağ yığdıqda arteriyalar tıxanır. Qan damarlarının tıxanması ateroskleroza səbəb olur. Gələcəkdə bu proses infarkt, insult və ya digər xəstəliklərlə nəticələnir. Bunun baş verməməsi üçün davamlı, hər gün azı bir saat idman edilməlidir”deyə, o bildirib.

Həkim bildirib ki, sağlam pəhriz də profilaktik tədbirdir: “Şəkər və spirtin qəbulu da minimuma endirilməlidir. Bunun əvəzinə tərəvəz və az yağlı qidalar qəbul etməlisiniz”.

Onun sözlərinə görə, üçüncü məqam stressdən uzaq olmaqdır. Belə ki, stressə düşəndə qan təzyiqi qalxır, ürək daha sürətli döyünməyə başlayır və əzələlərdə dartınma əmələ gəlir. Stressin təsirindən isə orqanizmdə qan dövranı zəifləyir, damarlarda tromblaşma əmələ gəlir və hətta bəzən bu narahatılıqlar infarktla da nəticələnir./Report