Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3 qidadan imtina etdi, şəkəri düzəldi- MARAQLI TƏCRÜBƏ

  • 2021.03.16 15:14
  • 15762 Baxış
 3 qidadan imtina etdi, şəkəri düzəldi - MARAQLI TƏCRÜBƏ


48 yaşlı kişi II tip diabet xəstəsi olduğu üçün endokrinoloq nəzarətində idi. 8 ildir diabetdən əziyyət çəkirdi.
Qanda şəkəri normallaşdırmaq üçün dərman və çox üsullar sınayırdı. Artıq çəki və piylənməsi də azalmırdı.

Medicina.az xəbər verir ki, pasiyent dietoloq nutrioloqa müraciət edir və ona 3 qidadan imtina etmək tövsiyə edilir.

O, 6 ay 3 tip ərzağı qəbul etməyi dayandırır və nəticəsini bölüşür.


5 ay ərzində qanda şəkər 1,5 dəfə düşür, 20 kq arıqlayır, qarın hissə piylənmədən azad olub, bir çox ağrıları, problemləri itib.

1-ci qida- borş, paxlalardan şorba, şi

Bu sulu yeməkləri çox sevsə də dayandırmalı olur. Xüsusən ət suyu, toyuq bulyonunda bişmiş yağlı şorbalar bağırsaqda köp, qıcıqlanma, piylənmə yaradır, bu da şəkərin düşməsinə mane olurdu



2-ci ərzaq – süd, kəsmik, kefir

Süd məhsulları əslində, diabetli xəstələr üçün faydalı olsa da, arıqlamağıma mane olurdu. Çəkini azaltmaq üçün imtina etməli oldu və faydasını gördü.

3 Mal və donuz əti

Diabetin əlamətlərini, qanda şəkəri kəskin azaltdı. Əti çox sevirdim, bundan imtina mümkünsüz kimi oldu, amma bacardım. Həftədə 3 dəfə toyuq, hind quşu və balıq yeyirəm. Şəkərim dərman qəbul etməsəm də qalxmır və dərmanlara, digər vasitələrə xeyli qənaət etmişəm.