“Sahə həkimlərinə və pediatrlara onlayn təlimlər keçirilir, alqoritm verilib. Biz iki istiqamətdə iş görürük”.
Medicina.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
TƏBİB-in tabeliyində olan 3 mindən çox tibb müəssisəsi hazırda tam səfərbər olmuş vəziyyətdədir.
“Bütün bu tədbirlər xəstəliyin yayılmasının qarşısını almağa yönəlib. Statistik göstəricilərdə artım yoxdur. Bu onu göstərir ki, bu gün vəziyyət tam nəzarət altındadır”