Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3 may - Dünya Astma günü

  • 2022.05.03 15:04
  • 2798 Baxış
3 may - Dünya Astma günü

Beynəlxalq Astma Günü kimi bu il mayın 3-nə təsadüf edir.


1993-cü ildə ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Dünya Sağlamlıq Mərkəzi tərəfindən “Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası”nı müəyyənləşdirən işçi qrupu yaradılıb.

1998-ci ildə Barselonada keçirilən dünya mütəxəssislərinin astma problemlərinə həsr olunmuş ilk görüşündə Beynəlxalq Astma Gününün təsis edilməsi 35 ölkə tərəfindən dəstəklənib.



Yer kürəsində bu xəstəlikdən təxminən 235 milyon insan əziyyət çəkir. Bu xəstəlik uşaqlar arasında nəfəs yollarının xroniki xəstəlikləri arasında ən geniş yayılmışıdır.



Astmanın əsas səbəbi allergenlərdir. Bundan əlavə soyuq hava, həyəcan, əsəb, qorxu və s. amillər də xəstəliyin əmələ gəlmə səbəblərindən ola bilər. .