Arıqlamaq üçün ilk növbədə sağlam həyat və pəhriz şərtdir. Lakin pəhriz hələ istədiyiniz çəkiyə düşmək üçün başlanğıcdır. Bu marafonda mütləq əlavə nüanslar da öz rolunu oynayır.
Medicina.az xəbər verir ki, pəhriz əlavəsi olaraq bəzi içkilərdən, detokslardan istifadə edilir.
Bu içki ilə də 3 həftədə 15 kq arıqlaya bilərsiniz.
Lazım olanlar:
Bir dəst cəfəri
2 ədəd limon
3 xörək qaşığı alma sirkəsi
1 litr su
5 xörək qaşığı rəndələnmiş zəncəfil
3 xörək qaşığı darçın tozu.
Necə hazırlanır?
İki limonun suyunu sıxın. Digər inqrediyentləri qarışdırın. Qarışımı süzün və hər gecə yatmazdan öncə bir stəkan için. 3 həftədən sonra 1 həftə ara verin. Daha sonra isə davam edin.
Nəzərinizə çatdıraq ki, bu içkinin hamilələr tərəfindən istifadəsi tövsiyə edilmir.
Şəhanə Quliyeva