Klinik Tibbi Mərkəzin Toksikolofgiya şöbəsinə ağır vəziyyətdə gətirilən botulizm xəstəsi sağalıb.
"Medicina" xəbər verir ki, 32 yaşlı kişi ağır vəziyyətdə mərkəzə çatdırılan xəstə 3 həftə süni tənəffüs aparatına qoşulub.
Xəstə mərkəzin həkimlərinin səyi nəticəsində sağ qalıb və bu gün evə buraxılıb.
Məlumat üçün qeyd edək ki, botulizm diaqnozu qoyulan xəstələrin həyatda qalma ehtimalı çox aşağıdır. Bu xəstəlik konservləşdirilmiş qidalardan, şorabalardan yaranır.
Aygün Musayeva