Cəmi 2-3 həftə şirniyyatı rasionundan çıxardıqda insanda nə baş verir?
Xüsusən şirniyyata alışmış insanlar israil alimlərinin bu kəşfini öz üzərlərində sınasalar yaxşı olar.
"Medicina" xəbər verir ki, İsrail tibb universitetinin alimləri şirniyyatı saxladıqdan sonrakı 3 həftədə insan orqanizmində baş verən dəyişiklikləri qeydə alıb.
Şəkər qanda ani qlükoza sıçrayışlarına səbəb olduğu üçün insan tez yorulur, enerjisi düşür və yuxulayır. Eləcə də beyin şirniyyata alışır.
Şirniyyatı saxdıqdan 10 gün sonra iştirakçılar özlərini daha enerjili hiss edib, gündüzlər yuxulamayıblar.
Eləcə də onların dərilərində təmizlənmə və hamarlaşma qeyd olunub.
Çünki şəkər sızanaq, səpki və iltihabın birinci səbəblərindən biridir.
Beyinin və dad reseptorlarının alışdığı şirniyyata qarşı həssaslıq isə təxminən 4 həftə sonra bərpa olmağa başlayır və siz daha az şirniyyat istəyib, digər dadları hiss etməyə və zövq almağa başlayacaqsız.
Ona görə də vaxtında gec olmadan şirniyyatı azaltmağa dəyər.
Aygün Musayeva