Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3 günlük körpənin bağırsağı deşildi, 10 sm-lik cürümüş hissə kəsildi – Əməliyyatxanadan VİDEO

  • 2018.12.11 15:26
  • 10274 Baxış
3 günlük körpənin bağırsağı deşildi, 10 sm-lik cürümüş hissə kəsildi –  Əməliyyatxanadan VİDEO

Azərbaycanda 3 günlük körpənin bağırsağı deşilib.


Medicina.az xəbər verir ki, bu barədə uşaq cərrahı Fuad Hüseynov məlumat verib. Onun sözlərinə görə, rayonlardan birində doğulmuş, çəkisi 2500 qr olan körpənin vəziyyəti birdən-birə ağırlaşıb. O, ağır septiki vəziyyətdə Bakıya çatdırılıb. Müayinə zamanı məlum olub ki, uşaqda bağırsaq deşilib, bağırsağın bir qismində çürümə başlayıb və nəcis bu deşikdən qarın boşluğuna dağılıb.


Körpə təcili əməliyyata alınıb. Cərrahın sözlərinə görə, vəziyyət kritik olduğu üçün əməliyyat 2 mərhələdə olunmalı imiş: əvvəlcə bağırsaq qarının ön dovarına çıxarılmalıydı. Amma cərrah əməliyyatın gedişində uşağa şans verərək, bir dəfəyə problemi həll edə bilib.

 


 

Təqribən 10 sm ölçüdə çürümüş hissə kəsilib, bağırsaq uc-uca tikilib. 


Körpə uğurlu əməliyyatdan sağ-salamat çıxıb. Bərpa prosesindən sonra, yəni əməliyyatdan 10 gün sonra uşaq evə yazılıb. 

 

Əməliyyatdan videonu təqdim edirik:

 


3 günlük körpənin bağırsağı deşildi, 10 sm-lik cürümüş hissə kəsildi –  Əməliyyatxanadan VİDEO
3 günlük körpənin bağırsağı deşildi, 10 sm-lik cürümüş hissə kəsildi –  Əməliyyatxanadan VİDEO