Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3 günə insanı məhv edən “ölüm infeksiyası” – Eskpertlər meningitin aktivləşdiyini xəbərdar edir

  • 2019.06.26 15:35
  • 17377 Baxış
3 günə insanı məhv edən “ölüm infeksiyası” –  Eskpertlər meningitin aktivləşdiyini xəbərdar edir
Son 2 həftə ərzində Rusiyanın Novosibirsk əyalətində 4 yeni meninqokokk infeksiyası aşkarlanıb. Təkcə iyun ayında 26 meningit xəstəsi qeydə alınmışdı. Səhiyyə Nazirliyi kütləvi peyvəndləmə barədə qərar verib.


Mütəxəssislər bildirir ki, meninqokok infeksiyası insanların kütləvi halda çimdiyi dəniz sahillərində, çimərliklərdə, isti havada çirkli hövzələrdə, göldə, çayda çimdiyi yerlərdə daha çox yoluxulur.


Medicina.az xəbər verir ki, Azərbaycanda da çox vaxt uşaq və yeniyetmələri yoluxduran bu infeksiya 3-5 gün ərzində xəstənin ölümünə səbəb ola bilir. Bir çox ailələr övladının cəmi 1 həftə ərzində hansısa virusdan, hətta müalicə olmağa başlasa da itirdiklərini bildirirlər. İş ondadır ki, meninqokokk infeksiyası əvvəlcə özünü adi qrip, soyuqdəymə kimi göstərir, baş ağrısı verir, xəstəni həkimə göstərməyə gecikdirirlər. Diaqnoz qoyulana kimi isə xəstə letal sonluğa yaxınlaşır.


İnfeksiya nə ilə təhlükəlidir?


Meninqokokk – hava-damcı, su yolu ilə orqanizmə düşüb, beyin, ağciyər, böyrəklər, hərəkət sistemini qısa müddətdə cənginə alıb zədələyən ağır bakteriyadır.


Bu xəstələr təcili reanimasiyaya alınmalı və ciddi müalicələrə başlanmalıdır. Çünki hər keçən saat infeksiya beyni zədələyir, geri dönüş çətin olur. 

Əslində, xəstəlik qışda, payızda da olur. Amma bu zaman epidemiya halında az rast gəlinir. Adətən el arasında deyirlər ku, insan başını yuyub tez-tez çölə çıxanda meningit olur. Lakin bu heç də həmişə belə olmur. 


Bakteriya isti havada daha çox yayıldığından yay ayları təhlükəli hesab olunur. 

İstirahət mərkəzlərində bir hovuzda bir yoluxmuş insanın cimməsi kifayətdir ki, həmin hovuzda çimən insanlar, xüsusən uşaq və yeniyetmələr yoluxma riski daşısın.

 



İlkin əlamətlərə diqqət:


-Hərarətin kəskin, qəfil qalxması

-Xəstənin başı durmadan ağrıyır

-Dərmanlar qısa müddət təsir edir

-Hər keçən saat və sutka heç yüngülləşmə olmur

-Ürəkbulanma, qusma


-Boğazda ağrı, qansızma, göyərmə

-Ayaqların sanki ət kimi gücsüz olması

-Xəstə başını aşağı əyəndə qışqırır

-İşığa qarşı kəskin reaksiya, gözlərini bağlayır

-      Qollarda, ayaqlarda qırmızı, bənövşəyi ləkələr



Necə qorunmalı?


İnfeksiyaya istənilən yaşda yoluxmaq olar, amma daha çox 5-18 yaş arası insanlar 70% risk altındadır. Çünki bu yaş qrupunda uşaqların immuniteti hələ tam möhkəmlənməyib. 


Həkimlər immuniteti möhkəm insanın virusa qarşı dözümlü olacağını bildirir. Amma əsas qorunma yolu peyvənddir. Meningitə qarşı peyvənd var. 

Yaxşı olar ki, xarici ölkəyə, hətta öz ölkəndə də kurorta, istirahətə getməzdən 3 həftə əvvəl ailəlikcə peyvənd olunasız.


 Əgər ailədə kimsə bu bakteriyaya yoluxubsa, bütün ailə üzvlərinin meninqokokk analizi verməsi məsləhətdir.

 


3 günə insanı məhv edən “ölüm infeksiyası” –  Eskpertlər meningitin aktivləşdiyini xəbərdar edir
3 günə insanı məhv edən “ölüm infeksiyası” –  Eskpertlər meningitin aktivləşdiyini xəbərdar edir
3 günə insanı məhv edən “ölüm infeksiyası” –  Eskpertlər meningitin aktivləşdiyini xəbərdar edir