Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3 doza Pfizer vurdurmaq Omikrondan qoruya bilər - Türk alim

  • 2021.12.09 17:52
  • 2405 Baxış
3 doza Pfizer vurdurmaq Omikrondan qoruya bilər -  Türk alim

"Omicron" ştamından daha yaxşı qorunmaq üçün peyvəndin üçüncü dozası vurulmalıdır.

Medicina.az xəbər verir ki, bunu "BioNTech" şirkətinin baş direktoru Uğur Şahin deyib.

Uğur Şahin, "omicron" ştamının iki və üç doza "BioNTech" peyvəndi vurulanlara necə təsir etdiyini araşdırdıqlarını açıqlayıb.

Araşdırmalarına görə, "BioNTech" peyvəndinin üçüncü dozası virusa qarşı kifayət qədər qorunma təmin edir:

Elm adamı əlavə edib ki, lazım gələrsə yeni ştama qarşı peyvəndi mart ayına qədər hazır edə bilərlər: "Bu mərhələdə ediləcək ən yaxşı şey, daha yaxşı qorunma təmin etməklə bir doza da peyvənd olunmaqdır".

Özlem Türeci də həmçinin üç doza "BioNTech" peyvəndinin "omicron" ştamını təsirsiz hala gətirdiyini bildirib. /qafqazinfo.az/