“Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı bildiririk ki, hazırda məktəblinin səhhəti stabildir. Həkimlərin rəyinə görə hazırda məkətəblinin vəziyyəti ilə bağlı narahatlıq yoxdur”.
Medicina.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, dünən axşam Elm və Təhsil Nazirliyinin dəstəyi və məktəblinin valideylərinin razılığı ilə məktəbli Masallı rayon Mərkəzi Xəstəxanasından Masallı Bioloji Təbabət Klinikasına köçürülüb:
“Bu gün səhər Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəblinin vəziyyəti öyrənilmiş və məktəblinin hazırda özünü yaxşı hiss etdiyini, səhhəti ilə bağlı problem olmadığı bildirilib. Hazırda məktəbli həmin klinikada həkim nəzarətindədir”.