Koronavirusa qarşı 3-cü doza vaksinasiyanın davam etdiyi İsraildə avqustun ilk həftəsindən bu yana ən aşağı yoluxma statistikası qeydə alınıb.
Medicina.az xəbər verir ki, Səhiyyə nazirliyinin açıqlamasına görə, son sutkada 105 min test verilib, onlardan 4 min 800-ü müsbət çıxıb.
Daha 14 nəfər isə həyatını itirərək bu say 7 min 582-yə yüksəlib.
Vəziyyəti ağır olanların 70 faizi vaksin vurdurmayıb
Nazirliyin məlumatına görə, vəziyyəti ağır olanlardan 70 faizi vaksin vurdurmayanlardır.
Qeyd edək ki, 29 avqustda verilən qərara görə, İsraildə 12 yaşdan yuxarı şəxslərə üçüncü doza vaksin vurulacaq.
Təxminən 9,4 milyon nəfərə sahib olan İsraildə 6 milyon 73 min nəfərə birinci, 5 milyon 593 min nəfərə ikinci, 3 milyon 104 min nəfərə isə 3-cü doza vaksin vurulub.