Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3-cü doza ilə bağlı önəmli açıqlama: Antitel səviyyəsini 3 qat artırır

  • 2021.08.26 10:38
  • 2203 Baxış
3-cü doza ilə bağlı önəmli açıqlama:  Antitel səviyyəsini 3 qat artırır
Koronavirusa qarşı vurulan üçüncü doza vaksin antitel səviyyəsini 3 dəfədən çox artırır.

Medicina.az xəbər verir ki, “Pfizer”ın yayımladığı yazılı açıqlamaya görə, aparılan araşdırmalarda məlum olub ki, ikinci dozadan beş və ya səkkiz ay sonra vurulan üçüncü doza antitel səviyyəsini 3 dəfə artırır.

Hələ ki, bütün detalları ilə yayımlanmayan araşdırmada üçüncü dozanın yan təsirlərinin ikincidən fərqli olmadığı da bildirilib.

Qeyd edək ki, “Pfizer-BioNTech” vaksininin üçüncü dozası ABŞ-da yalnız 12 yaş və yuxarı immun sistemi xəstəliyi olanlarda istifadəsinə icazə verilir.