Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3 azyaşlı dəm qazından boğuldu - BAKIDA

  • 2019.12.21 09:54
  • 3028 Baxış
3 azyaşlı dəm qazından boğuldu -  BAKIDA
Bakının Sabunçu rayonunda 3 azyaşlı dəm qazından zəhərlənib.

Medicina.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsi, Bünyadzadə 26 ünvanında baş verib.

Həmin ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağında qaz sobasından sızan dəm qazı nəticəsində yatan 3 uşaq zəhərlənib. Onlar valideynləri tərəfindən təcili 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Qazdan zəhərlənən 2011-ci il təvəllüdlü İsmayılzadə Məhəmməd Samir oğlu, 2015-ci il təvəllüdlü İsmayılzadə Hüseyn Samir oğlu və 2019-cu il təvəllüdlü İsmayılzadə Zəhra Samir qızı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətləri hazırda orta ağırdır.