Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3 ay eşşək südü içib, sağaldı - Özünə biznes qurdu/FOTO

  • 2017.12.08 14:50
  • 39469 Baxış
3 ay eşşək südü içib, sağaldı  - Özünə biznes qurdu/FOTO
47 yaşındakı Yücel Alpin adlı kişi xəstəliyindən qurtulmaq üçün maraqlı müalicə üsulundan istifadə edib.


Medicina.az xəbər verir ki, ən çox tərləmə və halsızlıqdan şikayətçi olan kişi rentgen etdirdikdən sonra ağciyərlərində 3 ləkə olduğu meydana çıxıb.

O, Türkiyənin Manisa şəhərinin Salihli ərazisində yaşadığı zaman yoluxduğu ağciyər xəstəliyini 3 ay ərzində hər gün eşşək südü içərək sağaldıb. Qonşusunun eşşək südü məsləhətindən sonra bunu araşdırdığını deyən türk vətəndaşı çətinliklə də olsa südü tapdığını qeyd edib. 3 aydan sonra yenidən rentgen çəkdirən kişi ləkələrin tamamilə getdiyini görüb:


"Yeni doğulan uşağın ağciyərləri necədirsə, məndə də elə idi. Sonradan bu işə girdim. Eşşək südü ağciyər xərçəngi və xərçəngin digər növləri üçün də faydalıdır. Bundan əlavə immun sistemini gücləndirir, astma, bronxit kimi xəstəliklərin dərmanıdır. Ana südünə ən yaxın süddür”.


Bu səbəbdən Yücel Alp, özü kimi digər insanların da şəfa tapması üçün eşşək tövləsi qurub. Yaxşılaşdıqdan sonra 2 eşşək alıb və 3 ildə eşşək sayını 25-ə çatdırıb.

 

3 ay eşşək südü içib, sağaldı  - Özünə biznes qurdu/FOTO
3 ay eşşək südü içib, sağaldı  - Özünə biznes qurdu/FOTO