Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

3 159 erməni koronavirusdan ölüb

  • 2021.02.20 10:57
  • 1548 Baxış
3 159 erməni koronavirusdan ölüb

Ermənistanda son sutkada daha 223 nəfər COVID-19-a yoluxub.

“Medicina” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 234-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 3 159-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 799 nəfərdir. İndiyədək 161 903 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 373 aktiv koronavirus xəstəsi var.