Türkiyənin Ağrı şəhərində yaşayan tibb bacısı həkim səhvi ucbatından ölümdən dönüb.
Medicina.az xəbər verir ki, doğuşdan skleroz xəstəsi olan 29 yaşlı Satı Karabaş 4 dəfə əməliyyat keçirtməli olub. Belə ki, o, yemək yediyi zaman boğazının və belinin ağrıması şikayətləri ilə xəstəxanaya üz tutub. Heç nə yeyə bilmədiyi üçün də 15 kilo arıqlayıb. Düzgün diaqnozun qoyulması üçün 2 ayda 40 həkimə getməli olub. Məlum olub ki, 6 il öncə xəstəliyinə görə keçirdiyi əməliyyat zamanı onurğasına yerləşdirilən bağlama vintlərdən biri qida borusuna ilişib.
Həkimlərin sözlərinə görə, əməliyyat zamanı vurulan tibbi mismarlardan biri aort damarını kəsərək yemək borusunu deşib. Ancaq həkimlər riskli olduğu üçün əməliyyatdan boyun qaçırıb.
Həkim Fatih Dikici və kollektivi riski əməliyyatı üzərlərinə götürüb.
"Öncə aort damarını düzəltmək üçün dəstəkləyici alət taxıldı, daha sonra mismar çıxarılıb”, - deyə Dikici bildirib..