Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

29 sentyabr - Dünya Ürək Günü

  • 2022.09.29 13:34
  • 2264 Baxış
29 sentyabr - Dünya Ürək Günü

Hazırda ürək-damar xəstəlikləri dünyada ölümün və əlilliyin əsas səbəblərindən biri sayılır və həmin xəstəlik hər il 17 milyondan çox insanı həyatdan aparır.

Dünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölümlərin 80 faizinin qarşısını almaq olar.


Medicina.az ürəyin xəstə olduğunu göstərən əlamətləri təqdim edir.

- Yorğunluq, zəiflik
- Əldə,ayaqda zəiflik, titrəmə
- Ayaqların şişməsi

- Bənizin, dodaqların, ayaqların rənginin ağarması
- Ürəksıxılma, döyünmə

- Hərəkət zamanı təngnəfəslik, tərləmə
- Baş gicəllənmə
- Təzyiqin oynaması

- Nəbzin dəyişməsi
- Onurğada ağrılar
- Gəzəndə ayaqda, sinədə ağrı

- Ürəyin sanki döş qəfəsindən, ağızdan çıxması hissi

Əgər bunlardan ən azı 3-ü varsa, təcili ürək və damarları yoxlanmalıdır


Aygün Musayeva