Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

28 yaşlı qadın evtanaziya ilə həyatına son verəcək

  • 2024.04.03 17:47
  • 994 Baxış
28 yaşlı qadın evtanaziya ilə həyatına son verəcək
Niderlandda yaşayan gənc qadın psixi sağlamlıq problemlərinə görə qanuni olaraq həyatına son qoymaq qərarına gəlib.

Medicina.az xəbər verir ki, Hollandiyada Almaniya ilə sərhədə yaxın kiçik bir kənddə yaşayan Zoraya Ter Bik ağır depressiya, autizm və sərhəd şəxsiyyət pozğunluğu ilə mübarizə apardığı üçün evtanaziya edilmək istəyir.

Bir vaxtlar psixiatr olmaq arzusunda olan 28 yaşlı qadın həyatı boyu psixi sağlamlıq problemləri ilə mübarizə aparıb.

O, həkimlərinin “Sənin üçün edə biləcəyimiz başqa bir şey yoxdur” dedikdən sonra bu üsula qərar verdiyini açıqlayıb.

“Heç vaxt vəziyyətim yaxşılaşmayacaq”, - gənc qadın bildirib.

Zoraya 40 yaşlı sevgilisi və iki pişiyi ilə yaşayır. O, may ayında qanuni olaraq ömrünü başa çatdıracaq.

“Free Press” yazır ki, Avropada ölümcül xəstə olmayan, lakin mənəvi ağrı içində yaşamağa davam etməkdənsə, ölməyi seçən insanların sayı getdikcə artır. İqtisadi qeyri-müəyyənlik, iqlim dəyişikliyi, sosial media və digər nüanslar səbəbindən daha çox insan depressiya və ya anksiyete kimi psixi sağlamlıq problemlərindən əziyyət çəkərək həyatlarını bitirmək qərarına gəlir.

“Artıq evtanaziyanın həkimlər və psixiatrlar tərəfindən masaya gətirilən məqbul bir seçim olduğunu görürəm, halbuki əvvəllər son çarə idi. Bu fenomeni psixiatrik xəstəlikləri olan insanlarda və xüsusən də tibb işçilərinin əvvəlkindən daha asan imtina etdiyi gənclərdə müşahidə edirəm", - Hollandiyanın Kampen İlahiyyat Universitetinin səhiyyə xidməti üzrə eksperti Stef Xunevud deyib.

Qeyd edək ki, Hollandiya 2001-ci ildə dünyada həkim dəstəkli intiharı qanuniləşdirən ilk ölkə oldu. O vaxtdan bəri evtanaziya getdikcə daha populyar bir seçim halına gəlib.

Niderland mediasına görə, 2022-ci ildə ölkədə evtanaziya nəticəsində 8720 nəfər ölüb. Bu, ölkədəki bütün ölümlərin təxminən
5%-ni təşkil edir, əvvəlki illə müqayisədə 1% artım var.

Fevral ayında Hollandiyanın 93 yaşlı keçmiş baş naziri Dris van Aqt və həyat yoldaşı evtanaziya ilə həyatlarına son qoyublar.

Evtanaziyanın leqallaşdırılmasını tənqid edənlər deyirlər ki, qanunla insanlar özlərini öldürməyə həvəsləndirilir və intiharların artımı epidemiyanı xatırladır.


Aysel