Gəncədə 28 yaşlı qadın dərmandan zəhərlənib.
Medicina.az-ın verdiyi məlumata görə, şəhər sakini, 1991-ci il təvəllüdlü G. Məmmədova dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Qadının hansı şəraitdə dərmandan zəhərləndiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.