Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

28 yaşlı bu qız 4 dəfə xərçəngə tutulub – Nadir genetik xəstəliyi var

  • 2018.11.21 17:28
  • 9476 Baxış
28 yaşlı bu qız 4 dəfə xərçəngə tutulub –  Nadir genetik xəstəliyi var
Texas ştatının 28 yaşlı sakini Loren Erdmanna ilk dəfə qalın bağırsaq xərçəngi diaqnozunu 17 yaşında  qoyublar. Amma qızın sözlərinə görə, diaqnozdan 2 il öncədən o artıq səhhətində nəyinsə düz getmədiyindən şübhələnmişdi və nəcisində qan izləri görünürdü. Qız utandığından bu barədə valideynlərinə deməyib. Artıq qarında şiddətli ağrılar başlayanda valideynləri onu xəstəxanaya aparır. 


Medicina.az xəbər verir ki, qızın yoğun bağırsağında çoxsaylı poliplər aşkarlanır. Loreni təcili əməliyyat edərək, bağırsaqların xeyli hissəsini rezeksiya etdilər. Əməliyyat uğurlu olduğundan kimyaterapiya lazım olmadı. 


Lakin 9 ay sonra onda yenidən bağırsaq xərçəngi aşkarlandı. 19 yaşlı Loren kimyaterapiyadan keçməli olur. 


23 yaşında isə xərçəng yumurtalıq və uşaqlığa sıçradı. Aqressiv karsinoma olduğundan qızın bu orqanları tamam çıxarılır. 


Qızda belə tez-tez onkoloji xəstəliklərin baş verməsi həkimləri şübhələndirib və onda genetik analiz aparaq, nadir sayılan anomaliya aşkarlanıb.

LİNÇ sindromu adlanan bu anomaliya DNK-da baş verən səhv gen səbəbindən yaranır və bağırsaq xərçəngi riskini 30% artırır. Əgər bu sindrom hər iki valideyndə varsa, o zaman onların uşaqları 16 dəfə daha artıq xərçəngə yoluxur. Daha çox uşaqlıq, beyin, limfa və qan xərçəngi yaradır. Lorenin vəziyyətində də belə idi. Onun hər iki valideynində bu gen var idi. 


2 il əvvəl isə qıza 4-cü dəfə daha bir onkoloji diaqnoz qoyuldu. Onda limfomanın aqressiv forması aşkarlanıb. Amma Loren müalicəni uğurla keçib, remissiya dövrünə qədəm qoymağı bacarıb. 28 yaşı tamam olan Loren bu dəhşətli həyatına rəğmən ruhdan düşmür, yaşayır, aktiv həyat sürür, insanlarla ünsiyyətdə seçilir.