Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"28 may" metrosu yaxınlığınnda naməlum kişi yıxıldı- Koronavirus şübhəsi ilə xəstəxanaya aparıldı

  • 2020.03.27 18:23
  • 2493 Baxış
"28 may" metrosu yaxınlığınnda naməlum kişi yıxıldı - Koronavirus şübhəsi ilə xəstəxanaya aparıldı

Bakıda “28 May” metrostansiyasının çıxışı yaxınlığında naməlum kişinin yıxıldığı bildirilir.

Medicina.az xəbər verir ki, onun koronavirusa yoluxmasından şübhələnərək, xəstəxanaya aparıldığı bildirilir.

Təhlükəsizlik məqsədilə polis həmin küçəyə giriş-çıxışı bağlayıb.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat Katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, həmin şəxsin koronavirus xəstəsi olduğunu iddia etmək doğru deyil:

" Koronavirus dəqiq deyil. Operativ qərargah da məlumat yayıb ki, daxili yoluxmalar var. Yəni Bakının istənilən yerindən bu şübhə ilə kimisə xəstəxanaya aparıla bilər”.