Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

27 il sonra komadan oyandı

  • 2019.04.24 09:09
  • 11361 Baxış
27 il sonra komadan oyandı
 


Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Munira Abdulla 32 yaşında keçirdiyi qəzadan sonra komaya düşüb və 27 il sonra oyanıb. 


Medicina.az xəbər verir ki, Munira Abdulla 1991-ci ildə oğlu ilə birlikdə avtobus qəzası keçirib. Qəza zamanı 4 yaşlı oğlunu qorumaq üçün onun üstünə yıxılan ana ağır zədələnib. Amma oğluna bir şey olmayıb.

 


Xəbərdə bildirilir ki, qadın oğlunun təhlükədə olması xəbərini eşitdikdən sonra ayılıb.  Qeyd edək ki, qəza zamanı qadının beyninə qan sızmışdı.  
 

İndi 32 yaşında olan oğlu Ömər Vebair jurnalistlərə bildirib ki, bu illər ərzində anasının sağalacağından ümidini kəsməyib və dua edib:


"Anamın hekayəsini ona görə insanlarla paylaşıram ki, heç kim ümidini üzməsin. Yaşadığımız müddətdə mütləq bir ümid yeri həmişə var”, - deyə o bildirib.


Munira Abdulla uzun illər öz ölkəsində və İngiltərədə müalicə olunub. Alman mütəxəssislərin səyləri nəticəsində isə yenidən həyata göz açan Munira Abdulla hazırda Əbu-Dabidəki xəstəxanalardan birində müalicəsini davam etdirir.

 
27 il sonra komadan oyandı
27 il sonra komadan oyandı