Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

28 əməliyyatla həyata tutundu: Koronavirusdan vəfat etdi

  • 2021.03.23 17:39
  • 1963 Baxış
28 əməliyyatla həyata tutundu:  Koronavirusdan vəfat etdi
Türkiyənin Kayseri şəhərində beyininə su yığılması xəstəliyinə görə 28 əməliyyat keçirən Mehmet Akif Öztürk koronavirusdan vəfat edib.

Medicina.az xəbər verir ki, Mehmet Akif 5,5 aylıq olarkən hidrosefali xəstəliyinə tutulub və 17 yaşına qədər 28 əməliyyat keçirib. Həkimlərin yaşamaz dedikləri Mehmet Akif bu əməliyyatlarla xəstəliyə qalib gəlib.

Lakin koronavirusa yoluxan Öztürk xəstəxanada müalicə almağa başlayıb. Reanimasiyada yatan, vəziyyəti ağırlaşan Mehmet Akif bu gün vəfat edib.