Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

27 ölkədə vəba yayılır - ÜST

  • 2022.10.07 15:09
  • 1497 Baxış
27 ölkədə vəba yayılır   - ÜST

ÜST-nin baş direktoru: Son doqquz ay ərzində 27 ölkədə vəbanın yayılması halları qeydə alınıb07.10.2022 09:26
Bəşəriyyət hələ də COVID-19-u tam nəzarət altına ala bilməyib, dünyanın müxtəlif bölgələrindən isə digər təhlükəli xəstəliklərin yayılması ilə bağlı həyəcanlı xəbərlər gəlir. Əgər əvvəllər onlar ictimai sağlamlıq üçün ciddi təhlükə yaratmırdılarsa, son vaxtlar təbii fəlakətlər və ya silahlı münaqişələr səbəbindən vəziyyət dəyişib. Belə “qayıdan” xəstəliklərdən biri də vəbadır.



"Medicina" xəbər verir ki, ÜST-nin məlumatına görə, təkcə bu ilin ilk doqquz ayı ərzində 27 ölkə vəba xəstəliyinin yayılması barədə məlumat verib. Xəstəliyin təkcə yayılma hallarının tezliyi deyil, həm də ölümə səbəb olma sayı artıb. Təşkilatın malik olduğu məlumat məhduddur, lakin hətta ona əsasən belə bir nəticəyə gəlmək olar ki, bu il ölüm nisbəti son beş illik orta göstəricidən, demək olar ki, üç dəfə çoxdur.



Vəba bir neçə saat ərzində ölümə səbəb ola bilər. Lakin ÜST xatırladıb ki, vaksinasiya, təhlükəsiz suya və kanalizasiyaya çıxış yolunun təmin edilməsi ilə bu xəstəliyin qarşısı alına bilər, bu xəstəlik oral rehidratasiya terapiyası və ya ağır hallarda antibiotiklərlə nisbətən asanlıqla müalicə edilə bilər. Reallıq isə budur ki, bir çox insanın bu sadə vasitələrə çıxışı yoxdur.



“2013-cü ildə ÜST partnyorları ilə birlikdə vəba əleyhinə beynəlxalq vaksinlər ehtiyatını yaradıb, həmin ehtiyatdan keçən il ehtiyacı olan ölkələrə 27 milyon doza göndərilib. Lakin yayılma hallarının artması təqdirdə ehtiyat sadəcə olaraq kifayət etməyə bilər. Biz dünyanın aparıcı vaksin istehsalçılarını istehsalın artımı yollarını bizimlə müzakirə etməyə çağırırıq”, – deyə ÜST başçısı bildirib.


Aygün M