Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

27 mart-2 aprel: Ümumdünya Autizm Həftəsi - Sindromun səbəbləri

  • 2024.03.27 16:39
  • 1011 Baxış
27 mart-2 aprel: Ümumdünya Autizm Həftəsi   - Sindromun səbəbləri

27 mart-2 aprel - Ümumdünya Autizm Maarifləndirmə Həftəsi ilə əlaqədar bütün dünyada aprel ayı autizm mövzularına həsr ediləcək.

"Medicina" xəbər verir ki, dünyada böyük bir bəlaya çevrilən autizm daha çox nitq və davranışda problemlərlə müşayiət olunur. Sinir sistemi və beynin funksiyalarında inkişaf pozuntusu ilə əlaqəlidir.

Azərbaycanda da hər il autizm spektr diaqnozu aşkarlanan uşaqların sayı artır.

Autizmli insanların spesifik xüsusiyyətləri ilə müəyyən edilə bilən xüsusi davranışları var.


Məsələn, həm böyüklər, həm də uşaqlar həmişə təkliyi cəmiyyətdən üstün tutacaq, göz təmasından qaçmağa çalışacaq, onların dünyagörüşünə uyğun gəlməyən ən adi şeylərə belə həddən artıq emosiyaya qapılacaqlar.

Onların sevimli geyimi, gödəkçəsi və oyuncağı ola bilər. Əşyalara münasibətin adi bir sevgi olmadığını bilmək üçün bu əlamətlərə diqqət:

1. İnsan təsəlli üçün bir şeyə üz tutur: əsəbiləşəndə, qorxanda, narahat olanda onu qucaqlayır, taxır. Yəni əşyanın “təsəlliverici təsiri” var.

2. Bir insanın yeni şeylər geyinməsi çətindir. Ona yeni geyim geyindirmək dözülməz olur.

3. Ona olduqca narahat və qorxulu görünən bəzi şeyləri qəbul etmir. Autizmli insan corabları sevməyə bilər, çünki "ayaqları sıxır", buna görə ayaqyalın gəzirlər. Ya da sarı sviterləri və ya yundan hazırlanmış papaqları qəbul etmir. Bəzi geyimlər onları qorxudur.



Bəs uşaqlarda autizm simptomlarını necə görmək olar?

• ayağının ucunda qaçır, yerində fırlanır;
• oyuncaqlar və müxtəlif əşyaların sıralarını, qanadlarını düzəldir;
• durduğu yerdə xırıltılı səslər çıxarır;

• gözünün qarşısında bir əşyanı tutub silkələyir. Bu, ümumi bir autistik vərdişdir (təkrarlanan hərəkətə "avtostimulyasiya", "stimming" deyilir). Əgər adi insanlar bəzən dırnaqlarını yeyərsə, burnunu qurdalarsa, saçlarını barmaqlarına bükürlərsə, autizmli insanlar bunu demək olar ki, hər zaman edir;

• zəngə, təbəssümə cavab vermir (cavabında gülümsəmir). Adını çağıranda uşaq başını çevirmir, reaksiya vermir, sanki eşitmir.


Aygün Musayeva