Amerikalı Rendli Qarner 264,3 saat yuxusuz qalmaqla rekorda imza atıb.
Medicina.az aznews.az-a istinadən xəbər verir ki, 18 yaşlı orta məktəb şagirdi müxtəlif növ stimulyatorlardan imtina etməklə 11 gün yuxusuz qala bilib.
Eksperimentin nəticəsini sizə təqdim edirik:
Orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq müxtəlif insanlarda simptomlar daha erkən və ya daha gec meydana çıxa bilər.
Bir sutka siz yuxusuz qalsanız orqanizminiz çətin sınaq qarşısında qalacaq. Başınız ağrıyacaq, qulaqlarınızda səs-küy yaranacaq, bədəninizin istilik tənzimlənməsi korlanacaq, əlləriniz soyumağa başlayacaq. Diqqətinizi cəmləyə bilməyəcəksiz, yaddaş pozğunluğu yaşayacaqsınız.
İkinci yuxusuz gün zahiri görünüşüzdə əhəmiyyətli dəyişikliklər nəzərə çarpacaq: gözlərin altında göylər əmələ gələcək, gözlərindədamarlar partlayacaq, bütün bədən boyu yüngül titrəmə hiss edəcəksiz. Bədənin temperaturu 35,8°-yə qədər enəcək, yuxulu insan daim hərarəti hiss edir. İnsan özünü tək-tənha aparmağa başlayır, istifadə edilən sözlərin miqdarı 5 dəfədə azalır, emosiyasızlıq meydana çıxır.
Üçüncü yuxusuz gün orqanizm daha ciddi sınaqlar qarşısında müqavimət göstərməyə başlayacaq. Bədənin hərəkətləri yavaşıyacaq, hər şey sizdə güclü qıcıq yaradacaq, hətta ağlınıza gülünc ideyalar gəlməyə başlayacaq. Yuxusuz insan duzlu və piyli qidalara daha çox meyl edir. Bu isə dəridə iltihablara gətirib çıxaracaq.
Növbəti yuxusuz gündə simada xırda qırışların yaranmasını müşahidə etmək olar. Dərinin rəngi daha da solğunlaşacaq. Məhz bu vaxt eşitmədə və görmədə hallüsinasiyalar meydana çıxacaq, insan vaxt və məkan anlayışını itirməyə başlayacaq.
Beşinci yuxusuz gün göz qapaqları xeyli ağırlaşmağa başlayacaq, güclü baş və göz ağrıları hiss ediləcək. Hallüsinasiyalar daimi xarakter alacaq.
Altı gün yuxusuz qalmaq paranoyalara və aqressiv reaksiyalara gətirib çıxacaq. Beyinin əsas sahələrinin işi yavaşıyacaq, əzələlər "parçalamağa" başlayacaq. Məsələn, əlinizi yuxarı qaldırsanız, onu yanınıza salmaq ağlınıza gəlməcək. Simptomlar Alzermer xəstəliyini xatırladacaq. Nitq bir qədər də yavaşlayacaq.
Yuxusuz həftə məntiqi nitqin tamamilə itməsinə gətirib çıxaracaq. Bu mərhələdə insan elementar tapşırıqları yerinə yetirmək bacarığını belə itirəcək. Beyindəki neynorlar aktivliyi itirməyə başlayacaq. İmmunitetin viruslara qarşı müqavimət göstərməyi dayanacaq.