Bərdə rayonunda 26 yaşlı oğlanın bədən temperaturu normadan artıq qalxdığından ölüb.
Medicina.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Qaradəmirçi kənd sakini, 1993-ci il təvəllüdlü Pərviz Məmmədovun bədən temperaturu qəfil 42 dərəcəyə yüksəlib.
P. Məmmədov yaxınlarının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.