Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

26 mart - Beynəlxalq Epilepsiya günü

  • 2022.03.26 13:06
  • 1750 Baxış
26 mart - Beynəlxalq Epilepsiya günü
Dünyada Epilepsiya Xəstələri Günü və ya Bənövşəyi Rəng Günü ilk dəfə 2008-ci il martın 26-da qeyd olunur


Martın 26-da dünyanın müxtəlif ölkələrində xəstəlik və ona göstərilən ilk yardım haqqında informasiyalar yayılır. Bundan başqa, keçirilən hərrac, yarmarka, konsert və idman yarışları vasitəsilə xəstələr üçün vəsait yığılır.


Bu gün bütün dünyada keçirilən tədbirlər epilepsiya haqqında məlumatlılığı artırmağa xidmət edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 50 milyon nəfər, yəni Yer kürəsi əhalisinin 1 faizə qədəri epilepsiyadan əziyyət çəkir. Onlardan yalnız 25 faizi adekvat müalicə alır.

Müasir dərmanlar 70 faiz xəstələrin ürək tutmalarından tamamilə xilas olmasına imkan verir. Həmin preparatlar səmərəli olmaqla yanaşı, az toksiki təsirə malikdir, əhval-ruhiyyəyə və psixikaya təsir etmir.


Epilepsiya xəstələri təhsil alır, işləyir, ailə qurur, dünyaya sağlam övlad gətirir və tam normal həyat yaşayırlar.