76 yaşlı kişi 26 il əvvəl oğruların hücumu zamanı başından bıçaqla zərbə almışdı, bıçaq sapından qırılıb kəllədə qalmışdı.
Medicina.az xəbər verir ki, həkimlər 76 yaşlı Duoricini əməliyyat edərək, onun başından bıçaq çıxarıblar.
Yaşlı kişi başında ağrıların olması şikayəti ilə həkimə müraciət edib.
Metal bıçaq kişinin sağ gözündə görmə qabiliyyətini pozub və onun sağ əli ilə ayağı iflic vəziyyətə düşüb.
Həkimlərin keçirdiyi uğurlu əməliyyatdan sonra xəstənin gözü açılıb və o, sərbəst yeriyə bilib.