Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

25 yaşlı qız istiotdan komaya düşdü

  • 2023.09.11 11:11
  • 2450 Baxış
25 yaşlı qız istiotdan  komaya düşdü
Braziliyada 25 yaşlı gənc qız çili bibərindən ağır allergik şok keçirərək, komaya düşüb.


Medicina.az xəbər verir ki, həkimlərin sözlərinə görə, pasiyentdə beynin ödemi baş verib.

Meyderos adlı qadın ailəsi üçün yemək hazırlayarkən özünü pis hiss edib.

O, üyüdülmüş çili bibərini qoxulayıb burnuna çəkdikdən sonra boğazı, burnu qaşınıb, şişib və Kvinke ödemi baş verib.
Amma allergik reaksiya beyinə də ciddi zərər verib və beyin ödemi nəticəsində kəllədaxili təzyiq yüksəlib.

Həkimlərin səyi nəticəsində qadın özünə gəlir. Amma komadan sonra belə xəstələrdə bəzi nevroloji, psixi qüsurlar ola bilər.