"Saxta “stomatoloq”larla bağlı 23 yanvar tarixində Analitik Ekspertiza Mərkəzində qəbulda oldum.
Çox səmimi ortamda söhbət oldu. Hüquq Şöbəsinin müdiri, şöbənin əməkdaşı və aidiyyəti şöbənin müdiri görüşdə iştirak etdi, bir çox məsələlər müzakirə olundu, tövsiyyələr verildi və 2024-cü ilin mart ayında tərəfimizdən edilmiş müraciətin tam olmadığı, siyahı göndərilmədiyi halda heç bir araşdırılma aparıla bilməyəcəklərini diqqətimizə çatdırıldı. Və cavabsız qalan digər suallarımızın hər biri cavablandırıldı".
Medicina.az xəbər verir ki, bunu stomatoloq Tural Mirzəyev sosial şəbəkə hesabında bildirib.
Həkim qeyd edib ki, saxta diplomlu “stomatoloq-dələduz”lar məsələsində ən son cavabdeh qurum Analitik Ekspertiza Mərkəzi deyil, çünki ortada dələduzluq faktı var və bu cinayət predmetidir:
"Bu məsələdə də eyni plastik cərrahlar məsələsində olduğu kimi hər üç dövlət qurumu Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyi birlikdə çalışmalıdırlar…
Biz ilkin olaraq 25 nəfərin siyahısını adları qeyd olunan dövlət qurumlarına göndərəcəyik və 1 ay sonra media nümayəndələri üçün açıq paylaşacağıq".
Aygün
Medicina.az